Salyanda Vətən müharibəsi şəhidinin məzarı ziyarət olundu - FOTO

Bu gün Vətən müharibəsi şəhidi Famil Hicran oğlu Camalzadənin doğum günüdür.
Redaktor.az xəbər verir ki, bu münasibətlə Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini Rəşad Cəbrayılov, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi polkovnik leytenant Nurlan Abbasov və rayon ictimaiyyəti şəhidin ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Daha sonra Salyan rayon Xurşud kənd qəbiristanlığında şəhid Famil Camalzadənin məzarı ziyarət edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.








