Ordubadda qasırğa dağıntılara səbəb oldu - VİDEO

 23:59 06.06.2022     4994

Bu gün Ordubadda qum fırtınasına bənzər qasırğa olub.

Redaktor.az xəbər verir ki, flrtına günorta saatlarında qeydə alınıb.

Bildirilib ki, hərəsində 5 dəqiqə olmaqla iki dəfə əsən güclü külək elektrik və rabitə xətlərini sıradan çıxarıb, evlərin damlarını uçurub, bir neçə ağacı aşırıb.

Yerli sakinlər bildiriblər ki, Ordubadda belə bir təbii hadisənin ilk dəfə şahidi olublar.