Bakının mərkəzində çoxillik ağacları kəsib parkinq etdilər - FOTO

 10:31 07.06.2022     415

Bakının mərkəzində piyadalar üçün nəzərdə tutulmuş səki avtomobil dayanacağına çevrilib.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə bu barədə məlumat və fotolar paylaşılıb.

Fotolarda Bülbül prospektində piyadalar üçün salınan geniş səkinin dağıdıldığı, ağacların kəsildiyi, yerin asfaltlandığı və yolun parkinqə çevrildiyi görünür.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 





(trend)

2