Qanunsuz parkinq sökülür - FOTO

 16:15 07.06.2022     351

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parkinq Prezident İlham Əliyevin tapşırığına əsasən sökülür.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, artıq sözügedən əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) texnika və canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata əsasən, həmin parkinq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Həmin parkinqin salınması zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.