İcra başçısı köməkçisini yüksək vəzifəyə TƏYİN ETDİ

Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Redaktor.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun müvafiq əmrinə əsasən, RİH başçısının köməkçisi Məmmədov İlham Elxan oğlu RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İlham Məmmədov 2018-ci ildən RİH başçısının köməkçisi vəzifəsində çalışıb.