Beynəlxalq Mətbuat Mərkəzi bağlanır

 23:00 07.06.2022     341

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC ləğv olunur.

Redaktor.az xəbər verir ki, bu barədə “Vergilər”də elan yayımlanıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini 1054 Bakı şəhəri, Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, BMM-in yerləşdiyi bina Prezidentin sabiq köməkçisi Əli Həsənova məxsus idi. Rəsmi qaydada isə əmlak onun bacanağı Ədalət Vəliyevin adına idi. Əvvəllər isə əmlakın Əli Həsənovun oğlu Şamxal Həsənlinin adına olduğu deyilir.