Bakıdan Tbilisiyə uçan təyyarə tufana görə geri qayıtdı

“Buta Airways” aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə Redaktor.az-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enib.
Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.