Bakıda hansı çimərlikdən istifadə etmək olar? - RƏSMİ AÇIQLAMA

 15:23 08.06.2022     952

Vətəndaşlar Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

O, qeyd edib ki, nəticələrə əsasən, Sahil, Şıx, Hövsan və Türkan çimərliyində çimmək məqsədə uyğun sayılımır:

“Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb".

Ziyəddin Kazımov həmçinin bildirib ki, Suraxanıda yerləşən Duzlu göldə çimmək qadağan edilib.

Belə ki, həmin ərazidə heç bir təmir işləri getmir və antisanitar şərait hökm sürür.