Baş prokuror üç rayonun sakinlərini qəbul edəcək

 15:52 08.06.2022     7361

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev iyunun 17-də saat 10:00-da Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Cəlilabad və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Redaktor.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.