Bu radionu Azərbaycanın hər yerində dinləmək olacaq - QƏRAR

 17:33 08.06.2022     511

Azərbaycan Audiovizual Şurasının iclası keçirilib.

Şuradan Redaktor.az-a verilən məlumata görə, iclas zamanı "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin ümumölkə radio kanalı olan "REAL FM" üçün bölgələrdə radiotezliklərinin ayrılması məsələsi də müzakirə olunub.

Şuranın Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin və "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin birgə həyata keçirdiyi təhlil və monitorinqlərin nəticəsində "REAL FM"in ümumölkə radio yayımını həyata keçirmək üçün zəruri radiotezliklər müəyyən olunub. Şuranın qəbul etdiyi müvafiq qərar ilə ölkə üzrə 8 bölgədə yerləşən radio-televiziya yayım stansiyalarından müvafiq radiotezliklər "Real Təhlil İnformasiya Mərkəzi" MMC-nin istifadəsinə ayrılıb.