Bu rayona dolu düşdü

Daşkəsən və yaxın dağlıq rayonlara dolu düşüb.
Redaktor.az xəbər verir ki, saat 16 radələrindən başlayaraq Daşkəsən və yaxın dağlıq rayonlara güclü yağış və dolu yağmağa başlayıb.
Güclü külək və dolu səbəbindən bəzi kəndlərdə meyvə ağaclarına, kənd təsərrüfatı sahələrinə zərər dəyib.
Hazırda Gəncə şəhərində və ətraf rayonlarda yağıntılı hava şəraiti davam edir (report).