"İlin əvvəlindən qaz qəbulunda 329 milyon kubmetr artım olub"- "Azəriqaz"

 11:58 10.06.2022     744

Bu ilin yanvar-may ayları ərzində "Azəriqaz" İstehsalat Birliyinin boru xətllərinə 4 milyard 207 milyon kubmetr təbii qaz qəbul edilib.

Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

O, qeyd edib ki, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə qaz qəbulunda 329 milyon kubmetr artım olub:

"Bu ilin beş ayında qəbul olunmuş qaz həcmi 1 milyard 66 milyon kubmetr sənaye xəttləri üzrə, 3 milyard 141 milyon kubmetri əhali xəttləri üzrə olub.

2021-ci ilin yanvar-may aylarında əhali xəttləri üzrə azalma 24 milyon kubmetr, sənaye xəttləri üzrə artım 353 milyon kubmetr olub.

O cümlədən, bu ilin may ayı ərzində 390 milyon kubmetr təbii qaz qəbul olunub. Ötən ay qəbul edilən qazın 176 milyon kubmetri sənaye xəttləri üzrə, 214 milyon kubmetri əhali xəttləri üzrə olub.

Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon kubmetr artım deməkdir. Ondan əhali xəttləri üzrə artım 26 milyon kubmetr, sənaye xəttləri üzrə azalma 18 milyon kubmetr olub".