"Yağış sularının dənizə axıdılmasına məcbur oluruq" - "Azərsu"

 17:04 10.06.2022     953

“Bakıda və Abşeron yarımadasında yağış suları üçün şəbəkə yoxdur".

Redaktor.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov deyib.

O bildirib ki, cəmi 10% yağış sularını ötürmək üçün şəbəkə mövcuddur:

"Buna görə də yağış suları birbaşa bizim su şəbəkəsinə daxil olur. Yağış suları təmizləyici qurğulara və ya kollektorlara axıdılır. Biz şəbəkənin yüklənməsi vaxtı yağış sularının dənizə axıdılmasına məcbur oluruq".

Xalid Abbasov son günlər bulvar ərazisində Xəzər dənizinin çirkləndirilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

“Bu barədə məlumatımız var. Biz həmin əraziyə baxış keçirmişik və araşdırmışıq. Məlum olub ki, həmin axıntılar qrunt sularıdır. Çirkli təsərrüfat-məişət suları deyil. Əlimizdə laboratoriya nəticələri də var. Lazım olsa, təqdim edə bilərik”.