DİN vətəndaşlara müraciət etdi - SAYIQ OLUN!

 11:33 11.06.2022     15513

Daxili İşlər Nazilriyi (DİN) vətəndaşlara müraciət edib.

Redaktor.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirilib ki, sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var:

"Bununla bağlı artıq bir neçə şəxs müraciət edib".

"Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik.
Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 € tələb olunur", - o, vurğulayıb.