​​​​​​​Şəki İcra Hakimiyyətninin yeni binasının tikintisinə daha 3 milyon XƏRCLƏNƏCƏK

 12:13 11.06.2022     497

Şəki Şəhər İcra Hakimiyyəti özü üçün tikilən yeni inzibati binanın tikintisinin tamamlanması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Redaktor.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azin Construction" MMC-dir.

Qalib şirkətə 2 milyon 875,6 min manat ödəniləcək.

Qeyd edək ki, 2020-ci ildə Şəki Şəhər Icra Hakimiyyətinə yeni inzibati binasının tikintisi üçün büdcədən 3 milyon 625 min manat ayrılmıdı.

Bu işlərin görülməsi üçün şəhər icra hakimiyyəti "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə müqavilə bağlamışdı.