Ticarət obyektlərinin qarşısındaki ağac qətliamının qarşısı ALINDI

Buzovna-Maştağa yolundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə bağlı daxıl olan məlumatla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən dərhal məsələyə operativ reaksiya verilərək həmin ünvanda araşdırma və inventarizasiya aparılıb.
Redaktor.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatına görə, ağacların dibindən torpaq nümunələri götürülüb və laboratoriyaya analizlərə göndərilib. Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olacağı bilinəcək.
Bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edilən təqdirdə günahkarlara qarşı ciddi ölçü götürələcək.
Aparılan araşdırmalarla yanaşı həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yeni ağacların əkilməsi təmin edilib, mövcud ağaclara aqrotexniki qulluq göstərilib.