Azərbaycanda 10 vətəndaşa dələduzluq edən şəxs azadlığa buraxıldı

 09:51 12.06.2022     431

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda ittiham edilən Qazaxlı Ramiz Saday oğlu barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Redaktor.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirlən porsesdə qərar elan olunub.

Qərara əsasən, onun barəsində Cinayət Məcəlləsinin 306.2-ci (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilib.

Təqsirləndirilən şəxsə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70.1-ci (Şərti) maddəsinə əsasən şərti tətbiq edilib və 2 il sınaq müddəti müəyyən olunub. Ramiz Qazaxlı məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

Qeyd edək ki, "Azar-Tİ" MMC direktoru Ramiz Qazaxlı bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir.

İş üzrə 10 zərərçəkmiş var.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) və 306.2-ci maddələri ilə təqsirli bilinir. Belə ki, Ramiz Qazaxlı 156 000 manat külli miqdarda əmlakı qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq edib və həmçinin tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə, vəzifə saxtakarlığı törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə təqsirləndirilən şəxsə 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə saxlandığı 1 il 2 ay 16 gün müddət cəzadan çıxılmaqla üzərində 5 il 3 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Ramiz Qazaxlı Cinayət Məcəlləsinin 70-ci (Şərti) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Həmçinin təqsirləndirilən şəxs də apellyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilib və o, 5 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra Ramiz Qazaxlı Ali Məhkəməyə müraciə tedib.

 

Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və cinayət işi yeni apelyasiya baxışına təyin olunub.