Təqaüdə çıxmaq da bir xoşbəxtlikdir - Vaqif Əsədov

 11:51 14.06.2022     736

“Ötən gün mənə çox sayda telefon zəngləri, eləcədə KİV nümayəndələrinin sms vasitəsi ilə sualları daxil olub. Telefona və suallarınıza cavab verə bilmədiyimə görə üzürlü sayın, mənə və xidmətimə olan diqqət və qayğınıza, eləcə də informasiya almaq istəyinizə görə təşəkkürümü bildirir və təqdir edirəm".

Bunu Redaktor.az-a açıqlamasında təqaüdə göndərilən polis polkovniki Vaqif  Əsədov bildirib.

O, təqaüdə getməsi ilə bağlı məlumat almaq istəyənlərə, çox sayda telefonla müraciət edənlərə, sosial şəbəkə vasitəsi ilə şərh yazanlara, narahatlıq hisslərini bildirən vətandaşlara və ya yayılan informasiya ilə maraqlanan şəxslərə təşəkkür edib:

"Bəli, təqaüdə çıxmaq üçün “xidmətdə olmanın son yaş həddinə çatdığıma görə” əmr imzalanıb və şəxsi heyətə elan edilib. Bununla əlaqədər rəhbərlik səviyyəsində şəxsi heyətlə birgə tədbir təşkil edildi və xüsusi olaraq mənim xidməti fəaliyyətim yüksək qiymətləndirildi. Düşünürəm ki, daim təmasda olduğum hərəkət iştirakçıları da öz fikirlərini paylaşarlar.

Əlbəttə, Allaha şükürlər olsun ki, qismət oldu, xidmətimi başa vurub təqaüdə çıxa bildim.  Təbii ki, buna çox sevinirəm və bu sevinci mənə, ailəmə yaşadan DİN-in bütün rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu gün, Azərbaycan Respublikasının ən xoşbəxt vətəndaşlarından biriyəm desəm, heç də yanılmaram. Çünki DİN rəhbərliyinin bundan sonra da mənə, həyat tərzimə olan diqqət və qayğısı, hətta ailə üzvlərimin belə nəzarətində olması bir daha DİN-nin əsgəri olduğumu, dövlətə və dövlətçiliyə daim vətəndaş kimi xidmət etməyimi qarşımda bir vəzifə olduğunu təsdiq etdi.

Fürsətdən istifadə edib cənab nazirə təşəkkür edir və onu əmin edirəm ki, istefada olan polis-polkovniki kimi qanunvericilik tələblərinə uyğun olaraq mülki vətəndaş kimi də borcumu davam etdirəcəyəm".

V.Əsədov əlavə edib ki, əməkdaşlar - polis baş leytenantı Toğrul Nəsirli, polis baş leytenantı Pərvanə Muradova, polis-leytenantı Rüstəm Əhmədli və polis mayoru Araz Əsgərli təbliğat işini daha səmərəli təşkil edərək ictimayyətlə və KİV-lə qarşılıqlı, ardıcıl, məqsədli və layiqincə davam etdirəcək.