Kəlbəcərdə vəfat edən əsgər həvəskar meyxanaçı imiş... - VİDEO

 16:23 14.06.2022     21675

Dünən Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə nəticəsində vəfat edən əsgər Riyad Əliyarovun görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, 2003-cü ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olan və burada doğulub boya-başa çatan Riyad Əliyarov bu ilin oktyabrında tərxis olunacaqmış.

Bildirilir ki, 15 ayın əsgəri olan Riyad mühəndis-istehkam bölməsində xidmət edirmiş.

Yaxınlarının bildirdiyinə görə, Riyad yaşadığı ərazidə və əsgər yoldaşları arasında həvəskar meyxanaçı kimi tanınıb.

Qeyd edək ki, bədbəxt hadisə dünən saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda cinayət işi açılbı, araşdırmalar aparılır (qafqazinfo).