Azərbaycanda son sutkada peyvənd olunanların STATİSTİKASI

 16:34 14.06.2022     350

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 668 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 273, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 197, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1076, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 122 nəfərdir.