“15 iyun bir hesabat günü olsun” - Müşfiq Hətəmov

 18:06 14.06.2022     1124

"Space" televiziyasında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Qələbənin imza günü" adlı foto-sərgi keçirilib.

Redaktor.az xəbər verir ki, "Space" televiziyasının rəhbəri Müşfiq Hətəmov sərgi haqqında danışıb:

"Xalqımız böyük məhrumiyyətlərdən və ağır sınaqlardan çıxıb. 29 il əvvəl iyunun 15-də görkəmli siyasi xadim ulu öndər Heydər Əliyev Azərbaycan parlamentinin rəhbəri seçilib. Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanda yeni siyasi proseslər, inkişaf dövrü başlayıb. Məhz bu qələbənin ulu öndərin hakimiyyətə gəlməsi və onun uzaqgörən siyasəti nəticəsində həyata keçdiyinin bir daha şahidi olduq.

Mən çox istərdim ki, "Space" televiziyasında hər il 15 iyun Milli Qurtuluş Günü təşkilat və müəssisələrin Heydər Əliyevin bizə miras qoyduğu dövlətdə hansı işlər gördüyünün hesabatı verilsin. Bu gün bir hesabat günü olsun.

Əlbəttə, "Space" televiziyası olaraq bu ənənənin təşəbbüskarıyıq. Bu gün biz sərgi ilə sübut etdik ki, hər bir əsgər və qazimizin heç bir xidməti yaddan çıxmır. Biz bir televiziya, yayım mərkəzi olaraq bunu göstərməliyik və hər zaman göstərəcəyik. Sərgidə nümayiş edilən fotolar Şuşa və Suqovuşanda əsgərlərimizin əl işləridir. Onların sırasında şəhidlərimiz və qazilərimizin də əl işləri var. Şuşamızda tikinti işləri gedir. Ona görə də fotoları bu şəkildə təqdim etməyi qərara aldıq".

Qeyd edək ki, tədbirdə deputatlar Aydın Mirzəzadə, Arzu Nağıyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Arzu Nağıyev, Vüqar Bayramov, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalanat, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xalq artistləri Mənsum İbrahimov, Şeyx Əbdül Mahmudbəyov, Əməkdar artist Suğra Bağırzadə və bir çox ictimai fəallar iştirak ediblər.

2