Xaricdə təhsil alan tibb işçilərinin yoxlanılması üçün imtahan OLACAQ

 18:47 14.06.2022     2158

Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahan keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrlə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə imtahanların keçirilməsi təmin etmək tapşırılıb.

Bununla yanaşı, Səhiyyə Nazirliyinin Kadr məsələləri üzrə Komissiyasına da tapşırıq verilib.

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi Səhiyyə Nazirliyinin rəsmi internet saytında namizədlərin elektron ərizələrinin qəbulu üçün elektron xidmətin yaradılmasını təmin edəcək.