"Azəriqaz" Masallının ucqar kəndində "Açıq mikrofon" qurdu - FOTO

 10:57 15.06.2022     297

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin sayca 89-cu "Açıq mikrofon" aksiyası Masallı rayonunun Ninəlov kəndində baş tutub.

Redaktor.az xəbər verir ki, İB-nin Əsaslı tikinti şöbəsinin rəis müavini Hikmət Əsgərov, Lənkəran Regional qaz istirmarı İdarəsinin rəisi Namiq Məmmədov və Birliyin digər məsul şəxsləri bu kəndə gələrək sakinlərin qaz təchizatı ilə bağlı problem və təkliflərini yerindəcə dinləyiblər.

Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından istifadə edərək təbii qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Kənd sakinləri mavi yanacaqdan istifadənin hər zaman lazım olduğunu, əsasən payız-qış mövsümlərində isə daha vacib olduğunu bildiriblər. Daxil olan müraciətlər aidiyyatı üzrə qeydə alınıb.

222222222