Kəlbəcərdə həlak olan əsgərimiz dəfn edildi - FOTO

 12:25 15.06.2022     426

Ötən gün Kəlbəcərdə elektrik cərəyanının vurması nəticəsində ölən əsgər dəfn olunub.

Redaktor.az xəbər verir ki, ötən gün əsgər Əliyarov Riyad Məmməd oğlunun nəşi doğulduğu Xudat şəhərinə gətirilib, ailəsinə təhvil verilib.

Əsgərin atası Rusiyada olduğu üçün dəfn bu günə təyin edilib. R.Əliyarov Şıxməmməd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində həlak olub (oxu.az).

 

Bizimlə əlaqə saxlayın