"Azərişıq"ın sədri sabah Qaxda vətəndaşları qəbul edəcək

 12:48 15.06.2022     433

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov 16 iyun saat 10:00-da Qax şəhərində Qax və Şəkidən olan vətəndaşları qəbul edəcək.

Bu barədə Redaktor.az-a qurumdan məlumat verilib.

Qəbul “Azərişığ”ın Qax şəhəri, Heydər Əliyev prospekti 2 ünvavında yerləşən inzibati binasında keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Qax Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn qaydada isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.