Selçuk Bayraktardan Azərbaycan xalqına təbrik

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar 15 İyun- Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.
Redaktor.az xəbər verir ki, paylaşımda deyilir:
“Bu il dastanlara mövzu olan "Bir millət, iki dövlət" şüarına #TEKNOFESTAZƏRBAYCAN ilə birlikdə "Bir Festival" əlavə etdik.
Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun #MilliQurtuluşGününü təbrik edirəm”.
T.İSMAYIL