Xəzərin bu şəkli narahatlıq doğurdu

Xəzər dənizinin geri çəkilməsi ilə bağlı son vaxtlar müxtəlif fikirlər səslənir.
Redaktor.az “qafqazinfo”ya istinadla xəbər verir ki, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli də dünən sözügedən məsələ ilə bağlı narahatlıq doğuran foto paylaşıb.
Mərdəkanda - Xəzərin sahilində çəkilmiş şəkildən aydın olur ki, ötən il dənizin içində olan yelləncək indi quru ərazidədir. Bu, Xəzərin bir neçə metr geri çəkildiyini deməyə əsas verir.
N.Köçərlinin paylaşımı sosial şəbəkələrdə yayılıb və istifadəçilər məsələ ilə bağlı narahatlıqlarını dilə gətiriblər.