Bakıda bəzi yollarda sıxlıq yarandı

 16:28 16.06.2022     473

Bakıda bəzi yollarda sıxlıq yaranıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə Ziya Bünyadov prospektində, Atatürk prospekti ilə kəsişmədə (körpüdə) Koroğlu metrostansiyası istiqamətində qaldırıcı kran yolun hərəkət hissəsində nasaz vəziyyətdə dayandığından sıxlıq yaranıb.