“Azərişıq” sədri vətəndaşlarla görüşdü - FOTO

 18:07 16.06.2022     173

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyunun 10-da Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edib.

Redaktor.az xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Qax şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Qax Elektrik Şəbəkəsinin inzibati binasında baş tutan qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.