Daha bir naxçıvanlı deputat AZAL-dan ŞİKAYƏTLƏNDİ

 11:02 17.06.2022     678

"Naxçıvana təyyarə biletləri almağın çətinliyi insanları ciddi narahat edir".

Redaktor.az xəbər verir ki, Milli Məclisdə Naxçıvanı təmsil edən deputat İsa Həbibbəyli deyib. Parlamentari Naxçıvana təyyarə biletlərinin tapılmamasında yaranan gərginliklərin aradan qaldırılmalı olduğunu bildirib.

"Adamlar 10-15 gün əvvəl də bilet almaqda çətinlik çəkirlər. Əlavə reyslərin açılması elan olunduqdan bir saat sonra həmin reysə bilet almaq mümkün olmur. Yay mövsümü ilə əlaqədar olaraq gedib-gələnlər çoxalıb. Xeyir-şər məclislərinə gedənlər və xəstələr Naxçıvana bilet ala bilməməkdan narahatlıqlarını deputatların nəzərinə çatdırırlar. Gərginlik aradan qaldırılmalıdır. Müntəzəm reyslərin sayını artırmaq, əlavə reysləri tələbata uyğun olaraq tənzimləmək lazımdır" - deyə deputat vurğulayıb.

Qeyd edək ki, son günlər Naxçıvana getmək istəyən vətəndaşlar aviabilet almaqda çətinliklə üzləşirlər (modern.az). 

Xatırladaq ki, bundan əvvəl əslən naxçıvanlı daha bir millət vəkili Fazil Mustafa da Naxçıvana təyyarə biletinin tapılmamasından şikayət edib.

Vumart və Güvən reklamı Vumart Güvən