Səhiyyə naziri meymunçiçəyi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

 12:43 17.06.2022     524

Azərbaycanın səhiyyə naziri Teymur Musayev meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib.

Redaktor.az-ın məlumatına görə, nazir "report"a açıqlamasında bildirib ki, hələlik meymunçiçəyinin geniş yayılmasına bir səbəb yoxdur:

“Dünyada bununla bağlı iki minə yaxın hadisə qeydə alınıb. Ancaq indiyədək meymunçiçəyi ilə bağlı birbaşa olan ölüm hadisəsi qeyd edilməyib. Fürsətdən istfiadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim ki, sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq dursunlar. Bununla da vətəndaşlarımız normal həyat tərzinə davam edə bilərlər”, - nazir qeyd edib.