Hava Limanına direktor təyin edildi

 12:57 17.06.2022     297

Füzuli Beynəlxalq Hava Limanına direktor təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Zaur Qasımov Füzuli Beynəlxalq Hava Limanının direktoru təyin olunub.

Qeyd edək ki, Vətən müharibəsi başa çatandan sonra Füzulidə hava limanının tikintisinə başlanılıb. 2021-ci il yanvarın 14-də aeroportun təməli qoyulub.

2021-ci ilin oktyabr ayının 16-da Füzuli Beynəlxalq Hava Limanına beynəlxalq status verilib. Həmin il oktyabrın 26-da hava limanının rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.