"Şikayətçi qazilər üçün komissiya yaradılsın!" - Deputat

 13:09 17.06.2022     367

"Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilərin narazılığının hansısa formada həlli yolu tapılmalıdır". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Onun fikrincə, aidiyyəti dövlət qurumlar həmin şəxslərin şikayətlərini dinləmək üçün komissiya yarada bilərlər: 

"Təklif edirəm ki, narazı şəxslər həmin komissiyaya dəvət edilsin, sənədləri araşdırılsın. Biri özünü öldürür, digəri özünü asır. Misal olaraq, qazi gəlir nazirliyə və ona cavab verilir ki, sənin sənədlərin kompüterdə yoxdur, özün hazırla! Sən nazirlik əməkdaşısan, ona Prezidentin qayğısını hiss etdir. Burada cəmi 1 həftəlik iş var, böyük problem deyil. 4 aidiyyəti qurum var ki, hərəsinin minlərlə işçisi var. Bu işçilərdən hərəsi 5 nəfər ayırsa, problemlər həll oluna bilər. Bunu etmirlər və anti-Azərbaycan qüvvələrin əlinə dəstəvuz verirlər ki, danışsınlar. Bu məsələni yoluna qoyun!”.