Azərbaycanda sabiq nazir vəfat etdi

 23:28 17.06.2022     373

Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev vəfat edib.

Redaktor.az xəbər verir ki, o, 81 yaşında dünyasını dəyişib.

Mərhum sabah Gəncədə torpağa tapşırılacaq.

Qeyd edək ki, Abdullayev Müzamil İmran oğlu 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb (qafqazinfo).