Çimərliyə gedənlərin NƏZƏRİNƏ

 12:11 18.06.2022     445

İyunun 19-da Abşeron çimərliklərində dəniz suyunun temperaturunun neçə olacağı açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, sabah mülayim şimal küləyi əsəcək.

Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.