Şəhidin məzarının üstündə otaq tikdilər - Qapısına da qıfıl vurdular - VİDEO

 17:54 18.06.2022     856

Tovuz rayonunda şəhid Ceyhun İsmayılovun məzarının üstündə ev tikilib.

Redaktor.az "oxu.az"a istinadla xəbər verir ki, bu barədə yazar İradə Aytel sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, şəhidin məzarının üstündə ev tikiblər və qapısına da qıfıl vurulub:

“Biz gəldik qapıya qıfıl vurulub. Biz Ceyhunumuzun məzarına yaxınlaşa bilmədik. Kənardan deyirəm ki, yerin cənnət olsun, əziz şəhidim. Ruhun şad olsun. Şəhidlər xalqındır, hamımızındır. Bilirsiniz, nə qədər adam gəldi, Ceyhunu ziyarət edə bilmədi?.. Ceyhun, qadan alım, bizi bağışla... Bağışla ki, səni ziyarət edə bilmədik”.