Qlobal Forum iştirakçıları Füzulidə minatəmizləmə və bərpa işləri ilə tanış olublar

 13:16 19.06.2022     544

"Minalardan təmizləmə prosesinin davam etdiyi ərazilərə baxış əvvəllər burada yaşayan insanların müharibə səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qaldığını düşünməyə vadar edir".

Redaktor.az xəbər verir ki, bu barədə  IX Qlobal Bakı Forumu iştirakçılarının Füzuliyə səfəri zamanı Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç deyib.

İvaniç bildirib ki, Bosniya və Herseqovinanın minatəmizləmə və məcburi köçkünlərin geri qaytarılması sahəsində lazımi təcrübəsi var.

Bosniyalı siyasətçi azad edilmiş ərazilərdə bərpa prosesindən də danışıb:

"İşğaldan sonra bu ərazilər yeni görkəm alır. Yeni yol-nəqliyyat infrast­rukturu yaradılır. Ümid edirəm ki, tezliklə buraya həyat qayıdacaq və məcburi köçkünlər azad edilmiş torpaqlara geri dönəcəklər".

Qeyd edək ki, IX Qlobal Bakı Forumu iştirakçıları Füzulidə minatəmizləmə və bərpa işləri ilə tanış olublar (report.az).