FHN-dən əhaliyə müraciət: Suda kobud hərəkətlər etmək olmaz!

 11:13 20.06.2022     750

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Redaktor.az-ın məlumatına görə, çimərlikdə xoş zaman keçirmək üçün FHN bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.

Belə ki, qadağandır:

• nəzərdə tutulmamış ərazilərdə çimmək;

• çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

• küləkli havada dənizə girmək;

• çimərlikdə gecələmək,

• sərxoş halda çimərlikdə olmaq;

• suda kobud hərəkətlər etmək;

• çimərlikdə balıq tutmaq;

• xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

• Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

• Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!