Ermənilər Laçın dəhlizini nə vaxt boşaldacaq? - AÇIQLAMA

 16:20 20.06.2022     554

Azərbaycan-Ermənistan-Rusiya liderlri arasında imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı maddəsinə görə, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Azərbaycanın Qarabağ bölgəsi ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası nəzərdə tutulub.

Eyni zamanda, birgə bəyanata uyğun olaraq, Azərbaycan torpaqlarında qanunsuz məskunlaşan ermənilər həmin əraziləri tərk etməli idi. Müqavilədən bir il yarımdan artıq vaxt ötməsinə baxmayaraq, ermənilər hələ də Laçın şəhərində və dəhliz boyu kəndlərdə yaşayışlarına davam edirlər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, onlar yaxın zaman ərzində Laçın rayonunu tərk edəcəklər:

"Növbəti ay ərzində Laçın şəhəri və dəhliz ərazisində qanunsuz məskunlaşan ermənilər öz seçimlərini etməlidirlər. Belə ki, onlar ya həmin əraziləri tərk etməlidirlər, ya da Azərbaycan Respublikasının qanunları çərçivəsində həmin ərazilərdə yaşamağa davam etməlidirlər. Bu onların öz qərarı olmalıdır, biz onlara təzyiq və təpki göstərə bilmərik”.

Ekspertin sözlərinə görə, ermənilərin həmin ərazilərdə yaşamağa davam etməsi heç bir halda Azərbaycana əngəl törətməyəcək və hər bir vətəndaşımız əmin-amanlıq içində öz yurdlarında yaşayacaqlar:

“Ermənilər həmin ərazilərdə yaşayıb öz çirkin əməllərinə davam etməklə heç nəyə müvəffəq ola bilməcəklər. Azərbaycanın hüquq-mühafizə orqanları bu kimi məsələləri həll edəcəklər. Daxili İşlər Nazirliyi və digər güc strukturları əllərindən gələni edəcəklər ki, orda həyat öz axarında davam etsin.

Rusiya sülhməramlılarına qaldıqda isə onların Azərbaycana xeyri dəyməyəcək. Prosseslər yaxın həftələrdə tam aydınlığı ilə bilinəcək”.

Nərmin Vüqarqızı