Azərbaycanda qeydiyyatda olan narkoman qadınların sayı AÇIQLANDI

 12:28 21.06.2022     858

Azərbaycanda qeydiyyatda olan 34 mindən yuxarı narkotik vasitə aludəçisi var.

Redaktor.az xəbər verir ki, bunu Bakı Şəhər Probasiya İdarəsinin Böyük məsləhətçisi Günay Məmmədova deyib.

G.Məmmədova bildirib ki, Respublika Narkoloji Mərkəzdən verilən statistikaya əsasən, onlardan 556-sı qadın, 7-i isə yetkinlik yaşına çatmayanlardır.