Eldar Salayev dəfn edildi - FOTO

 18:37 21.06.2022     297

Tanınmış alim və elm təşkilatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Əməkdar elm xadimi, akademik Eldar Salayev II Fəxri xiyabanda dəfn edilib.

Redaktor.az xəbər verir ki, vida mərasimində AMEA Rəyasət Heyətinin üzvləri, Akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri, eləcə də mərhum alimin ailə üzvləri iştirak ediblər.

Alimin məzarı önünə AMEA Rəyasət Heyəti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və bölməyə daxil olan müəssisələr adından əklillər düzülüb.