Paytaxtın bu yollarında sıxlıq var

 09:08 22.06.2022     203

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Redaktor.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

Heydər Əliyev prospekti - əsas və kənar yol Bakı Olimpiya Stadionunun yanından 5 saylı ASAN Xidmətin qarşısına qədər olan hissədə sıxlıq;

Bakı-Sumqayıt şossesi - Bakı Beynəlxalq Avtovağzalının qarşısından 20 Yanvar dairəsi istiqaməti sıxlıq;

20 Yanvar dairəsində sıxlıq;

Koroğlu Rəhimov küçəsi - Gülarə Qədirbəyova küçəsi ilə kəsişmədən ak.Həsən Əliyev küçəsi ilə kəsişməyədək və F.Xoyski prospekti ilə kəsişmədən Təbriz küçəsi ilə kəsişməyədək olan hissədə sıxlıq müşahidə olunur.