Su basan yeraltı piyada keçidi ilə bağlı rəsmi AÇIQLAMA

 12:54 22.06.2022     594

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması ilə bağlı açıqlama verib. 

Redaktor.az xəbər verir ki, agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qurumun balansına daxil olan piyada keçidində heç bir problemin olmadığını bildirib:

“Həmin əraziyə su keçidin üzərində yerləşən parkdan sızır. Məsələ barədə aidiyyəti quruma məlumat verilib. Onlar əraziyə suyun haradan və necə sızdığını müəyyən etsinlər ki, problemin qarşısı birdəfəlik alınsın”.