Son sutkada peyvənd olunanların STATİSTİKASI

 16:44 22.06.2022     234

Azərbaycanda son sutkada 1 5234 nəfər vaksinasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 260, ikinci doza vaksinləri sayı 189-dur.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 941-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 133 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 756 444, birinci doza peyvəndlərin ümumi sayı 5 352 733, ikinci doza vaksinlərin sayı 4 852 614 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 302 691, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 406 olub.