Nuru Paşanın adı bu rayonda küçəyə verildi - FOTO

1918-ci ildə Bakının bolşevik-daşnak qüvvələrindən azad olunmasında müstəsna xidməti olmuş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adı Astarada küçələrdən birinə verilib.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa məlumat verib.
"Millət vəkili həmkarım hörmətli Rəşad Mahmudov bu şəkli mənə göndərdi və xeyli sevindim. Azərbaycanın ən gözəl güşələrindən biri olan doğma Astarada şəhərin geniş küçələrindən birinə Nuru Paşanın adı verilib və müvafiq lövhə vurulub. Millətimizin xilaskarına vəfa borcunu yerinə yetirən Astaraya Salam olsun. İnşallah Bakı da Astaradan nümunə götürər", - deyə millət vəkili qeyd edib.
T.İSMAYIL
