İlham Əliyevin tapşırığı ilə Türkiyəyə kömək göndərilir

 16:12 23.06.2022     268

Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.

Redaktor.az-ın FHN-ə istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.

Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.