Əhaliyə hava xəbərdarlığı - İyunun 27-dək yağış yağacaq, güclü külək əsəcək

 16:48 23.06.2022     524

İyunun 27-dək bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli fasilələrlə yağış yağacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.