"Heç bir qadın “20 Yanvar”da dayanıb, “Xırdalana bir manata” deməz” - Xanım taksi sürücüsü - VİDEO

 22:42 23.06.2022     253

Heç bir qadın “20 Yanvar”da dayanıb, “Xırdalana bir manata” deməz.

Redaktor.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin budəfəki qəhərəmanı taksi sürücüsü Nuranə Kərimova deyib.

10 ildir sürücülük edən Nuranə xanım çətin olsa da, bunun öhdəsindən gəldiyini qeyd edib.

Bu işlə iki övlad böyütdüyünü deyən sürücünün ən böyük arzusu şəxsi avtomobilinin olmasıdır. Lakin hazırkı qazancı ilə bunun mümkün olmadığını deyir.

O, yolda başına gələnlərdən danışarkən qəzada yaralanan iki gəncin həyatını xilas etməsindən də bəhs edib:

“Onları xəstəxanaya çatdıranda həkim dedi ki, 15 dəqiqə də gec gəlsəniz, ölərdilər. İki gəncin həyatını qurtardım. Üstəlik, özüm də qan verdim və şəkər xəstəsi olduğum üçün bir gün komada qaldım”.