“Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası

Bu gün SOCAR “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası baş tutub.
Redaktor.az xəbər verir ki, media və QHT nümayəndələri, eləcə də sosial şəbəkə fəallarının (bloggerlər) üzünə açıq olan aksiyada 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək son həftədə daxil olan müraciətlərin statistikasını açıqlayıb.
""Həftə ərzində "Azəriqaz" İstehsalat Birliyinin 104 Qəza-çağrı mərkəzinə 780 müraciət daxil olub. Bunlar əsasən, "borcu ödəmişik", "qaz təchizatı düzəldilsin" kimi müraciətlərdir",- X.Şimşək bildirib.
O, qeyd edib ki, borc ödənildikdən 1 iş günü sonra abonentlərin qaz təchizatı işlək vəziyyətə gətirilib.
Nərmin Vüqarqızı