"Qaz sayğaclarına müdaxilə ilə bağlı müraciətlər sübutunu tapmayıb" - Eldəniz Vəliyev

"Qısa müddət ərzində 5000 abonent "Asan Kommunal"a müraciət edib".
Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
"Bu müraciətlər sosial şəbəkələrdə yayılan sayğaca müdaxilə faktları ilə bağlıdır. Yalnız müraciətlərin heç birində şikayətlər sübutunu tapmayıb",- deyə o, əlavə edib.
Nərmin Vüqarqızı